"Survivor 2022"nin yarışmaçısı Acunu məhkəməyə VERDİ

"Survivor 2022" yarışmaçısının iştirakçılarından olan Batuhan Karacakayanın layihənin rəhbəri və aparıcısı Acun Ilıcalını məhkəməyə verdiyi iddia olunur.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Aşk-ı Memnu" serialında "Bülənt" obrazıyla məşhurlaşan Karacakaya müsabiqədə qazandığı 3 milyon lirə dəyərində olan avtomobilin finaldan 1 ay keçməsinə baxmayaraq ona təhvil verilmədiyini bildirib.


Hələlik hər iki tərəf də bu barədə açıqlama verməyib.

 

Qeyd edək ki, Acun "Tv8" telekanalının sahibidir.


OXŞAR XƏBƏRLƏR