Xalq artisti Arif Quliyevdən danışıb AĞLADI: "Qalmağa yeri, yeməyə çörəyi yox idi" - VİDEO

Xalq artisti Arif Quliyevdən danışıb AĞLADI: 

"O üz" verilişinin növbəti buraxılışı Xalq artisti Arif Quliyevə həsr olunub.

 

Sfera.az xəbər verir ki, proqramda Xalq artisti Gülyanaq Məmmədova mərhum aktyorla bağlı xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib.

 

Sənətçi övlad dərdinin ona çox ağır təsir göstərdiyini deyib:  


"Arif Quliyev özü güldürürdü, amma daxil həmişə ağlayırdı. Onu yaxından tanıyanadam necə kövrək insan olduğunu bilirdi. Çünki efirdən, səhnələrdən həmişə insanlara gülüş bəxş edirdi. O qədər çətinliklərlə üzləşdiyi, günləri, həftələri, ayları olub ki, onları dost kimi bizimlə bölüşərdi. 1996-cı ildən qonşu olmuşuq. Ailəsi ilə o qədər doğmalıq, yaxınlıq var idi ki, harasa gedəndə evin açarını biri-birimizə etibar edirdik. Çəkdiyi keçməkeşli yollardan, əziyyətlərdən bəhs edərdi. Bir dəfə danışırdı ki, "vağzalda düşdüm, yeməyə çörəyim, qalmağa da yerim yox idi. Hamı getdi, orada özümü yuxuluğa vurdum. Bir nəfər gəlib oyatdı ki, qatar gedir, yatıb qalmısan. Gözümü açıb dedim, getməyə yerim yoxdur". O çətinliklə sənətdə irəlilədi və Xalq artisti adına kimi ucaldı. Övladlarına gözəl ata, xanımına gözəl həyat yoldaşı oldu. Oğul dərdi onu yıxdı. Gözlərinin içi həmişə qəmli idi. Onu biz bilirdik. Qonşu olduğumuz vaxtarda o hadisələr baş vermişdi. Dərdinə, kədərinə şərik olub, dəstək olmağa çalışırıdıq. Bir anlıq gəlsəydi, onun boynuna sarılıb, bağrıma basardım".

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...