Fahriye Evcen və oğlundan üzücü xəbər - FOTO

Maqazin
17:00 / 02.08.2022
9042
Məşhur aktrisa Fahriyə Evcen və oğlu Karandan pərəstişkarlarını üzücü xəbər yayılıb.
Sfera.az xəbər verir ki, ikinci körpəsinə 3 ay yarımlıq hamilə olan aktrisa Bodrumda tətildə olarkən koronavirusa yoluxub.
O, üç yaşlı oğlu Karan xəstəliyə tutulduqdan sonra Bodrumda özəl xəstəxanalardan birinə müraciət edib və özünün də analiz nəticəsi müsbət çıxıb.
Ana və oğulun evlərində müalicə olunduğu, aktrisanın həyat yoldaşı Burak Özçivitin də müayinə olunacağı bildirilib.
Gülər
Sfera.az