Pelosinin Tayvana səfəri ilə bağlı Rusiyadan AÇIQLAMA
Dünya
16:10 / 02.08.2022
10223
Pelosinin Asiya turu və Tayvana mümkün səfərlə bağlı hər şey sırf təxribat xarakterlidir.
Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu vəziyyəti təhrik etməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır. Təbii ki, biz bir daha Çinlə tam həmrəyik. Onların bu məsələdə çox həssas münasibətini başa düşürük və haqlıdırlar", - Peskov bildirib.
Turan Rzayev