Yerdə ən qısa gün qeydə alındı – Bunun insanlara təsiri olacaqmı?
Dünya
15:04 / 02.08.2022
11360
Beynəlxalq Yer Fırlanması və İstinad Sistemləri Xidməti bu ilin iyulun 29-da planetin tarixində ən qısa günü qeydə alıb. Xidmətin məlumatına görə Yer planetinin öz oxu ətrafında tam fırlanması müddəti onun adi göstəricisindən 1,59 millisaniyə az olub.
Sfera.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, Yer kürəsində bir tam dövrə 24 saat davam edir. Lakin 1970-ci illərdən onun fırlanması yavaşlamağa başlayıb. 2016-cı ildə Yeni il ərəfəsində dünya saatı bir saniyə dayanmışdı. 2020-ci ildə Yer kürəsində bir gün 1,47 millisaniyə qısaldı, 29 iyul 2022-ci ildə isə qısalma 1,59 millisaniyəyə çatıb.
Bu dəyişiklikləri insanlar hiss etmir, lakin bu, peyklərə və naviqasiya sistemlərinə təsir edə bilər.
Vasif
Sfera.az