Müğənni Niyam Salami: “Yaxşı ki, övladım yoxdur“

Müğənni Niyam Salami: “Yaxşı ki, övladım yoxdur“

"Övladım olmadığı üçün sevinirəm. Çünki indi ana sevgisi yoxdur”.

 

Sfera.az olay-a istinadla xəbər verir ki, bu sözləri "Qonağım ol” verilişində müğənni Niyam Salami deyib.

 

Onun fikrincə, indiki analarda hissiyyat yoxdur:

 

"Uşağı dayə saxlayır. O kimdir? Uşağı sən dünyaya gətirmisən, insanlar var ki, illərlə övlad həsrətindədir. Görürəm, pampersi taxıb gəzdirir. 15-20 il əvvəldə qalıb bu fikir. İnsan o qədər yüklənib ki... Qadın da, kişi də bilmir necə yaşasın”.


OXŞAR XƏBƏRLƏR