Bərdədə at əti satan şəxs TUTULDU - FOTO

Bərdədə at əti satan şəxs TUTULDU - FOTO

Bərdə rayonunda at əti satışının qarşısı alınıb.

 

Sfera.az  xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.

 

Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.

 

Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...