Ermənistan yeni mümkün müharibə fonunda təslim olur, yoxsa deyilənlər imitasiyadır? - ŞƏRH

Ermənistan yeni mümkün müharibə fonunda təslim olur, yoxsa deyilənlər imitasiyadır? - ŞƏRH

“Nikol Paşinyanın tapşırığı ilə təcili şəkildə Ermənistan hakimiyyəti Bakı-İrəvan arasındakı son proseslərlə bağlı açıqlama verib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress" saytına verdiyi açıqlamasında vacib məqamlara toxunub”.

 

Sfera.az xəbər veri ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

 

Onun sözlərinə görə, Qriqoryan Ermənistanın Azərbaycan tərəfinin verdiyi 5 şərti qəbul etdiklərini və danışıqların Prezident İlham Əliyevin onları məcbur etdiyi 5 prinsip üzrə aparıldığını açıqcasına bildirib:

 

“O qeyd etdi ki, Ermənistan tez şəkildə kommunikasiyaların açılmasını və sərhəddin delimitasiyasını vacib sayır. Xatırlatmaq yerinə düşər ki, ikitərəfli komissiyanın iclası avqustun ikinci yarısında Moskvada baş tutmalıdır. İyul ayına nəzərdə tutulan görüş Azərbaycanın istəyi ilə təxirə salınmışdı. Səbəb İrəvanın imitasiya xarakterli görüşlər keçirməsi və konkret öhdəliklərdən qaçması idi. Şərtimiz məlumdur. 
Qriqoryan qeyd edib ki, "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istiqamətində gedir. Kommunikasiya və delimitasiyadan sonra sülh müqaviləsi imzalana bilər".

 

Jurnalistin "bəs Qarabağın aqibəti" necə olacaq sualından sonra isə, ER TŞ sədri Qarabağ və Azərbaycan - Ermənistan arasındakı məsələlərin bir - birindən ayrı müzakirə olunmalı olduğunu qeyd edib.


Bu tezis də Azərbaycanın tələbədir. Qarabağ Azərbaycanın daxili işidir və iki ölkə Xankəndi məsələsini müzakirə etməməlidir. Qriqoryan bu çıxışı ilə faktiki olaraq separatçılardan imtina etdiklərini və 1989-cu ilin qanunsuz Miasumundan imtina etdiyini bəyan edir. Paşinyanın ardından növbəti dəfə Qriqoryan - Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını, Qarabağ məsələsinin ərazi deyil, hüquq və təhlükəsizlik məsələsi olduğunu qeyd edib”.

 

Politoloqun fikrincə, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycan suverenliyi tərkibində həllini tapacaq:

 

“Beləliklə,  Azərbaycanın "ya sülh, ya müharibə" çağırışları fonunda Nikol Paşinyan bir daha Ermənistan auditoriyasına həqiqətləri Qriqoryan vasitəsilə ilə çatdırdı. Səbəb bəllidir, İrəvan yaxşı başa düşür ki, sentyabrda onlara təkbətək müzakirələr zamanı verilən vaxt limiti bitir. Lakin İrəvan bəyanatların vaxt aparmaq məqsədilə verilməməsini sübut etməlidir. Avqustda Ermənistan konkret addımlar atmalıdır. Əks təqdirdə, Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni hərbi birləşmələri məhv ediləcəklər, üstəgəl delimitasiyanın olmamasına görə, digər ərazilərdə  də bayrağımız lazımi yerlərdə sancılacaq. Beləliklə, Paşinyan üçün vaxt limiti getdikcə azalır.


Payızın sülh şətaitində keçməsi üçün Qarabağın dağlıq hissəsi erməni hərbi birləşmələrindən azad olmalıdır. Sonrakı mərhələdə isə erməni tərəfi Qarabağla bağlı qəbul etdikləri bütün qanunsuz qərarlardan imtina etməli, şifahi bəyanatlarını Qarabağ ifadəsinin yer alacağı konkret cümlələrlə yazılı şəkildə qəbul etməlidir. Əks təqdirdə, indiki münbit şəraitdə dəmir yumruq bir daha işə salınacaq”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...