"Rusiya əvvəlki kimi deyil: Şərqi Zəngəzur və Abşeronda Türkiyə hərbi bazası olmalıdır" - Politoloq

“İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar ortaya çıxıb. Azərbaycan yeni geosiyasi nizam yaradıb. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi fonunda yaxın regionda təhlükəsizlik riskləri ən üst səviyyədədir. Ümumiyyətlə, beynəlxalq siyasi nizam dəyişilir və dövlətlərin sərhədlərinin dəyişməsi də uzaq perspektivdə deyil”. 


Sfera.az xəbər verir ki bunu, politoloq Məhəmməd Əsədullazadə deyib.


O bildirib ki, Cənubi Qafqaz risk zonasıdır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb:


“Ermənistan manevrlər edir. Xüsusilə, Rusiya və İranın diktəsi ilə əldə olunan razılaşmaları yerinə yetirmir. Bu da regionda təhlükəsizliyin pozula biləcəyini göstərir. 


Bundan əlavə, Azərbaycan öz təhlükəsizliyi və yeni risklərə qarşı hərbi doktrinasında dəyişiklik etməlidir. Qəbul edilən Konstitusiyada bir çox maddələr və hərbi doktrina indiki şərtlərə cavab vermir. Prezident İlham Əliyev də artıq dünyanın siyasi nizamının dəyişdiyini vurğulayıb. Ona görə də, mütləq şəkildə Azərbaycan ərazisində qardaş Türkiyənin hərbi bazasının olması üçün hüquqi əsas olmalıdır”. 


Politoloqun fikrincə, artıq Rusiya əvvəlki Rusiya deyil:


“Türkiyə də güclü şəkildə inkişaf edib. İranın ölkəmizə qarşı hibrid və digər parametrlərdə təzyiq etmək siyasətini görürük. Ona görə də, Türkiyənin hərbi bazası Şərqi Zəngəzurda və Abşeron yarımadasında təsis edilməlidir. Yeni hərbi-siyasi çağırışlar bunu diktə edir. 


Konutitusiyada dəyişikliklər üçün keçirilməsi nəzərdə tutulan referendumla bir çox bəndlər mövcud və gələcək risklər, siyasi çağırışlarla uzlaşmalıdır”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...