Çin Tayvan yaxınlığında təlimlər keçirəcək - ABŞ-la YENİ GƏRGİNLİK
Dünya
13:33 / 30.07.2022
10385
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı gərginlik fonunda Çin Tayvan yaxınlığında hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Qeyd edək ki, N.Pelosinin Tayvana səfər edəcəyini açıqlaması ABŞ-Çin münasibətlərində yeni gərginliyə səbəb olub.
Turan Rzayev,
Sfera.az