ABŞ və Rusiya ancaq Qarabağ mövzusunda ortaq məxrəcə gələ bilir - ŞƏRH

ABŞ və Rusiya ancaq Qarabağ mövzusunda ortaq məxrəcə gələ bilir - ŞƏRH

“ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu/lobbisi istəyinə nail olub”.


Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.


Onun sözlərinə görə, qanun layihəsi tövsiyə xarakteri daşıyır, mümkündür ki, Bayden Administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın:


“Hərçənd, Senatın bu qərarı ABŞ kimi bir ölkənin lobbi qruplarının əlində qaldığının da nümunəsidir. Burada dəyişən siyasi maraqlar da rol oynayır. İstisna deyil ki, son günlər Minsk qrupunu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu kartı da aktual olaraq saxlayır.Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var”.


Ekspertin sözlərinə görə, maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra “minaların təmizlənməsi” və “humanitar dəstək” adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir:


“Müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi. Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının “hakim” olduğu bəllidir və istisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər.


ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ələ - separatçılığın müdafiəsi – oynadığı aydın görünür”.


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...