Filipp Kirkorov bu ölkəyə buraxlmadı

Filipp Kirkorov bu ölkəyə buraxlmadı

Rusiyanın Xalq artisti Filipp Kirkorov Moldovaya buraxılmayıb.

 

Sfera.az xəbər verir ki, ifaçı iyulun 28-də saat 23:30-da İstanbuldan şəxsi reyslə Kişinyov hava limanına gəlib. Lakin sərhəd nəzarətində yerli hakimiyyət onun ölkəyə daxil olmasını qadağan edib.

 

Bildirilib ki, Moldova sərhəd polisi F.Kirkorovun dövlət sərhədini keçməyə icazəsi ilə bağlı şərtlərin yerinə yetirilmədiyini müəyyən edib.

 

Moldovaya hansı məqsədlə gəldiyi açıqlanmayan Kirkorov özü hələlik məsələyə aydınlıq gətirməyib.

 

Qeyd edək ki, ötən həftə Kirkorovun deputat Marina Tauberə qarşı “Şor” partiyasını qanunsuz maliyyələşdirməsi ilə bağlı cinayət işinə cəlb olunduğu barədə məlumat yayılıb. Bildirilib ki, Kirkorov iyunda Kişinyovda konserti üçün partiya liderlərindən 200 min dollar alıb. Konsert daha sonra ölkə rəhbərliyi tərəfindən ləğv edilib.

 

Bu səbəbdən Tauber deputat toxunulmazlığından məhrum edilib və ötən həftə sonu Kişinyovda 30 sutkalıq həbs olunub.


OXŞAR XƏBƏRLƏR

Prezident kazinolarla bağlı dəyişiklikləri təsdiqlədi

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.   Sfera.az xəbər verir ki, Prez...

Atları çimərliyə salan şəxs məsuliyyətə cəlb edildi

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görüntüləri ilə əlaqədar polis araşdırma aparıb.   Sfera.az oxu.az-a istinadən xəb...

Rus PUA-ları şəhərlərə endi - Ukrayna isə "balıq torları” qordu

Ukrayna pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə qeyri-adi müdafiə üsuluna əl atıb. Rusiya ordusunun artan hava hücumlarına qarşı Ukrayna əsgərləri min...

Bu yolda sürət həddi endirilir - BU TARİXDƏN

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lö...

Prezident Naxçıvanla bağlı Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında dəyişiklik edilib.   Sfera.az AZƏRTAC-a is...

Prezident bu qaydaya dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına mə...