Prezident turizmin inkişafına pul ayırdı

Prezident turizmin inkişafına pul ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının ("shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Bundan əlavə, ölkə başçısı Azərbaycanda "Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında da sərəncam imzalayıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında "Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR