"Paşinyanın Azərbaycanla sülhə getməkdən başqa yolu yoxdu" - Vaşinqtonun pərdəarxası vasitəçiliyi

“ABŞ vasitəsiçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü mümkündür. Bu görüşdə ABŞ nümayəndəsi iştirak etməyəcək, ikitərəfli görüş olacaq. Bu görüş həlledici olacaq və Ermənistan rəhbərliyi üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini icra etməlidir”.

 

Sfera.az xəbər verir ki bunu, politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O bildirib ki, Baş nazir Nikol Paşinyanın siyasi iradə göstərərək Azərbaycanla sülhə getməkdən başqa yolu yoxdur:

 

“Məhz ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəisinin İrəvana səfərində Azərbaycanla sülhün əldə edilməsi və real addımların atılmasını N.Paşinyanın diqqətinə çatdırıb. Bu səfərlə paralel Tiflisdə xarici işlər nazirləri görüşdü. ABŞ dövlət katibinin E. Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi, növbəti görüşün razılaşdırılması prosesin içində Vaşinqtonun olduğu aydın görünür.

 

Görünür, Avropa İttifaqı bir qədər kənara çəkilib. Vaşinqtonun pərdəarxası vasitəçiliyindən N. Paşinyanın yayınması ona qarşı təzyiqlərin başlanmasına səbəb olar. Əgər prosesi Vaşinqton aparırsa, real addımlar mütləq olmalıdır”.

 

Politoloqun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar raundu başlayır və burada ikitərəfli görüşlər Azərbaycanın təklifi ilə Tiflisdə keçirilməsi nəzərdə tutulur:

 

“Ermənistanın qərarı nə olacaq və sülhə gedəcəkmi. Bu Prezident İlham Əliyevlə Baş nazir N. Paşinyanın görüşündə aydın olacaq. Ermənistan çalışacaq ki, öhdəlikləri yerinə yetirsin. Amma Zəngəzur dəhlizi ilə bağlı spekulyasiya edəcək. Prezident İlham Əliyevin bununla bağlı prinsipial mövqeyi və beynəlxalq hüquqa uyğun şərtləri qəbul edilib və onların yerinə yetirilməsi qaçılmazdır”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...