ABŞ odla oynamasın - Çinin bu xəbərdarlığı nəylə bağlıdır?

ABŞ odla oynamasın - Çinin bu xəbərdarlığı nəylə bağlıdır?

“Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Özbəkistan paytaxtı Daşkənddə görüşü keçirilir. Toplantıya ilk gələnlərdən biri Rusiya xarici işlər naziri Sergey Lavrov olub və o ikili görüşlər keçirib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Lavrovu əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyayev qəbul edib:

 

“Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında ticarət mübadiləsi 32 faiz artıb. Bundan başqa iki ölkə arasında 40 böyük investisiya layihəsinin icrası vurğulanıb. Ayrıca “Mərkəzi Asiya – Rusiya” formatı və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb.

 

E. Şahinoğlunun sözlərinə görə, Lavrov Daşkənddə çinli həmkarı Van Yi ilə də görüşüb:

 

“Bu görüş maraqlı dialoqla başlayıb. Çinli həmkarını “qorxmayın, maskanı çıxara bilərsiniz, dostlar bir-birlərinə inanırlar” cümləsiylə qarşılayan Lavrov Van Yi ilə beynəlxalq aləmdəki mövzud durumu müzakirə edib. Əslində Van Yini maska taxmaqda qınamaq olmaz. Koronavirusa yoluxanların həm Çində, həm də Rusiyada sayı artıb”.

 

Van Yi Lavrova deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının güclü struktura çevrilməsinə ehtiyac var. Van Yi belə bir cümlə işlədib: “Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq aləmdə sabitləşdirici amilə çevrilməlidir”. Pekinin bu istəyinin nəyə əsaslandığı bəllidir. Tayvan adası ətrafında vəziyyət gərginləşdikcə, Pekinlə Vaşinqton arasında münasibətlər mürəkkəbləşir. Lavrov Van Yi ilə görüşdüyü saatlarda ABŞ Prezidenti Co Bayden Çin lideri Tsi Sinpinlə telefonla danışıb. Tsi Sinpin Baydenə məsləhət görüb ki, ABŞ odla oynamasın. Bu xəbərdarlıq Vaşinqtonun Çinin özününkü hesab etdiyi Tayvan adasında siyasi və hərbi dəstəyini artırmasıyla bağlıdır. Pekini qəzəbləndirən Vaşinqtonun Çinə Tayvanı ələ keçirməsinə mane olmasıdır. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərə hazırlaşması ada ətrafında hərbi vəziyyəti daha da mürəkkəbləşdirib.

 

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində toplaşacaqlar. Bu toplantıya qədər təşkilatın xarici işlər nazirləri liderlərin müzakirə edəcəkləri gündəliyi müəyyənləşdirməlidirlər. Əsas müzakirə mövzularından biri təşkilata yeni üzvlərin qəbuludur. Rusiya təşkilata İranı üzv elətdirməyə çalışır. Çin bunun əleyhinə deyil. Təşkilata üzv olmaq istəyənlər arasında Türkiyə, Azərbaycan və Ermənistan da yer alıb”. 

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...