Prezidentin fərmanından sonra elmi institutların taleyi necə olacaq? - ŞƏRH

Prezidentin fərmanından sonra elmi institutların taleyi necə olacaq? - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün Azərbayca Prezideni İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

 

Maraqlıdır, Nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyəti bundan sonra necə səmərəli qurulacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib ki, Prezidentin yuxarıda adıçəkilən fərmanından və "Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək:

 

“Yəni, məsələn, düşünmək olar ki, artıq Nazirliyin tabeliyində olan İqtisadiyyat institutu UNEC tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika instututu AzTU tabeliyinə, Neft və Qaz institutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər.

 

Son zamanlar Nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.

 

Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə  üstünlük verəcək”.

 

O. Gündüzün sözlərinə görə, hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü, innovasiya yönümlü fəaliyyət çox zəif olduğu üçün yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət  Agentliyi də bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq:

 

“Güman ki hazırda bir çox universitet rəhbərləri hansı elmi institutların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər. Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəcək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir. Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı.

 

Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirlik tərəfindın təyin olunması da məntiqli və ağlabatan olardı.

 

İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adıçəkilən Strategiyada  elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...