Dolları ucuzlaşdıran əsas səbəblər hansılardır? - Ekspertlər baş verənləri belə əlaqələndirirlər

Dolları ucuzlaşdıran əsas səbəblər hansılardır? - Ekspertlər baş verənləri belə əlaqələndirirlər

ABŞ dollarının dəyərində artıq 3-cü həftədir ki, enmə müşahidə edilir.


Sfera.az xatırladır ki, bu ilin iyulun 14-də dolların məzənnə dəyəri ən yüksək həddə çatdıqdan sonra tədricən enir.


Dolların ümumiləşmiş məzənnə dəyərini Dollar İndeksi ifadə edir. İyulun 14-də indeks 108,8 səviyyəsinə çatdıqdan sonra davamlı enərək bu gün 105,6 həddinə çatıb.

 

Qısa müddətdə yaranan fərq 3 faizə yaxındır.


Dolların ucuzlaşması dünyada yüksək inflyasiya səbəbindən mərkəzi bankların sərt monetar siyasətə keçməsi və buradan qaynaqlanaraq qlobal iqtisadiyyatın böhran təhlükəsi ilə üzləşməsi ilə əlaqədardır. Böyük maliyyə qurumları hesab edir ki, bu vəziyyətdə ilin sonunda bəzi iri iqtisadiyyata sahib olan ölkələrdə kiçilmə ehtimalı var.


Artıq ən böyük iqtisadiyyata sahib ABŞ-da ikinci rübdə ümumi daxili məhsul (ÜDM) istehsalı illik müqayisədə 0,9 faiz azalıb. Birinci rübdə azalma 1,6 faiz olmuşdu.


ABŞ hökumətinin proqnozuna əsasən növbəti rüblərdə azalma dayanacaq və illik müqayisədə kiçik də olsa artım baş verəcək.


Amma müstəqil ekspertlər baş verənlərin böhran əlaməti olduğunu düşünür. Əgər ABŞ iqtisadiyyatında böhran yaşanarsa, o halda, dolların bahalaşma ehtimalı aradan qalxacaq. Buna görə də investorlar zərurət olmadıqca dollarla olan aktivlərə sərmayə etməkdən çəkinir ki, bu da ABŞ valyutasını ucuzlaşdırır.


Vasif
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...