Qərbin ikiüzlülüyü: Rusiyanı çökdürmək, ya da Ukraynanı parçalamaq istəyir - 2 ehtimal

Qərbin ikiüzlülüyü: Rusiyanı çökdürmək, ya da Ukraynanı parçalamaq istəyir - 2 ehtimal

ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”in analitikləri bildiriblər ki, Rusiya Avropaya nüvə zərbəsi endirə bilər. İddiaya görə, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər. Bundan başqa qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa sövq edə bilər.

 

Maraqlıdır, indiki məqamda Rusiya Avropaya nüvə zərbəsi endirə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynada müharibənin başlamasının səbəbkarı məhz Qərb idi:

 

“Əvvəllər də dediyimiz kimi, Qərb Ukraynada "bataqlıq" yaratdı və Rusiyanı bu "bataqlığa" çəkdi.

 

Savaş getdikcə gərginləşir. Ukrayna bəzi kəndlərini işğaldan azad edir, Rusiya isə hər ötən gün daha da aqressivləşir. Proseslərdə Qərbin ehtimal edilən 2 niyyəti var: ya Rusiyanı çökdürmək, ya da Ukraynanı parçalamaq. Lakin ABŞ və müttəfiqləri hələ məqsədinə nail ola bilməyib.

 

Doğrudur, Rusiya indi "yaralı ayıdır". İtkilərini kompensasiya etmək naminə başqa ərazilərə hücum edə bilər. Lakin bunun NATO ölkəsi olacağı ağlabatan deyil. Çünki NATO Rusiya üçün heç də asanlıqla "həzm edilə biləcək yem" deyil.

 

Kreml, uzaqbaşı, Alyansa üzv olmağa çalışan Finlandiya və İsveçlə toqquşmaya gedə bilər. Hərçənd bu da təhrik nəticəsində olacaq. Amma Qərbin Rusiyanı bir az da sıxışdırmaq üçün yeni cəbhə açacağı mümkündür. Ola bilsin, Pentaqondan verilən açıqlama məhz bu prosesə zəmin yaratmağa hesablanıb. Bəlkə də Rusiyanı bir az da zəiflətmək üçün artıq növbəti qurban seçilib. Kimsə zəmanət verə bilməz ki, sözügedən Avropa ölkələrindən biri vasitəsilə Rusiya qıcıqlandırılmayacaq, təhrik edilməyəcək. "Yaralı ayı" onsuz da indi səbirsizdir, dözümsüzdür. Beləliklə, Rusiya adekvat cavab verəndə deyəcəklər ki, biz bu barədə xəbərdarlıq etmişdik, Moskva Avropaya müharibə elan edib.

 

Nüvə müharibəsinin başlanması hələlik inandırıcı görünmür. Amma Avropada yeni cəbhə açıla bilər. Və bu baş versə, səbəbkarı yenə də kollektiv Qərb olacaq”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...