Dünyanın ən bahalı şirkətinin mənfəəti kəskin azaldı - 19,4 milyard dollar
“iPhone” markasının sahibi olan “Apple” şirkətinin xalis mənfəəti 2022-ci ilin üçüncü rübündə 11% azalıb.
Sfera.az xəbər verir ki, “Apple”nin mənfəəti azalmadan sonra 19,4 milyard dollara düşüb.
Şirkətin üçüncü rübdə ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 83 milyard dollara çatıb. Şirkət ötən ilin aprel-iyun dövründə 81,4 milyard dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə 21,7 milyard dollar olan şirkətin xalis mənfəəti isə 11 faiz azalaraq 19,4 milyard dollar olub.
Şirkətin mənfəətinin azalması onun səhm üzrə qazancına da mənfi təsir edib. Belə ki, səhm üzrə qazancı da bu müddət ərzində 1,30 dollardan 1,20 dollara düşüb.
Qeyd edək ki, “Apple” şirkəti bazar dəyərinə görə dünyanın ən bahalı şirkəti hesab edilir.
Vasif
Sfera.az