İqlim böhranı Avropaya ağır zərbə vurdu: İsti dalğaları daha da şiddətlənəcək
Dünya iqlim böhranı ilə bağlı qırmızı xəbərdarlıq verməyə davam edərkən, Avropa İttifaqı iqlim ekspertlərini narahat edəcək yeni məlumatlar dərc edib.
Sfera.az xəbər verir ki, Birliyin “Kopernik” dünya müşahidə proqramı 2022-ci ilin ilk 7 ayında görülən meşə yanğınlarının sayının son 15 ilin orta göstəricisindən 4 dəfə çox olduğunu açıqlayıb.
Açıqlamada yanvar-iyul aylarında 1926 meşə yanğınının qeydə alındığı, 2006-2021-ci illərdə orta hesabla ildə 520 yanğın olduğu qeyd edilib.
Avropa bu il görünməmiş isti dalğası ilə mübarizə aparır. İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan, Fransa və Almaniyada minlərlə hektar ərazi kül olub.
İqlim mütəxəssislərinin fikrincə, bəşəriyyətin yaratdığı iqlim böhranı səbəbindən həddindən artıq isti dalğaları daha tez-tez və şiddətlənəcək.
Turan Rzayev
Sfera.az