Ukraynalı əsgərin dəfn mərasimində keşişlər arasında Rusiyaya görə DAVA DÜŞDÜ - ANBAAN VİDEO 

Ukraynalı əsgərin dəfn mərasimində keşişlər arasında Rusiyaya görə DAVA DÜŞDÜ - ANBAAN VİDEO 

Rusiyanın Ukraynaya hücumuna görə, 2018-ci ildə Moskva Patriarxlığını tərk edərək müstəqilliyini elan edən Kiyev Patriarxlığının iki keşişi ukraynalı əsgərin dəfn mərasimində dalaşıb.

 

Sfera.az xəbər verir ki, Vinnitsa vilayətinin Tomaşpil şəhərinin Yalanets kəndindəki kilsədə rus qüvvələri ilə qarşıdurma zamanı həyatını itirən ukraynalı əsgərin dəfn mərasimində kilsənin baş keşişi Mixail Vasilyuk çıxış edib.

 

O çıxışında Kremlin müharibə cinayətləri törətdiyini bildirib. Bu zaman Rusiyapərəst digər keşiş əlindəki xaçla Vasilyuka hücum edərək onu vurmağa başlayıb. Baş keşiş isə onu itələyib. Bu zaman əsgərlər araya girib və keşişləri ayırıblar. Hücum edən keşişin adı açıqlanmasa da onun əsgərlər tərəfindən saxlanıldığı bildirilib.

 

Həmin anları kilsə fəalı Sergey Timkov lentə alıb. Görüntüləri sosial şəbəkədə yayan Timkov Mixail Vasilyukun xəsarət aldığını qeyd edib.

 

 

 

Vəsilə İbrahim,

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...