Rusiyanın ən çirkli və ən təmiz şəhərlərinin adı AÇIQLANDI

Rusiyanın ən çirkli və ən təmiz şəhərlərinin adı AÇIQLANDI

Rusiyanın ekoloji cəhətdən ən əlverişsiz və ən təmiz şəhərlərinin adı açıqlanıb.


Sfera.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, Maqnitoqorsk, Çelyabinsk və Norilsk ölkənin ən çirkli şəhərləridir.


Belə bir araşdırmanı Rusiyanın ekoloji və digər sosial əhəmiyyətli layihələri dəstəkləyən “Bizim fond” fondu aparıb. Fondun direktoru Olqa Lakustova bildirib ki, reytinq tərtib edilərkən havanın və suyun təmizliyi göstəriciləri, sənaye müəssisələrinin və poliqonların sayı nəzərə alınıb.


Onun sözlərinə görə çoxlu sayda istilik elektrik stansiyaları və qazanxanaları olan şəhərlər yanacaq kimi mazut, torf və kömürdən istifadə etdikləri üçün ekoloji cəhətdən çirkli hesab edilir. Bundan əlavə, adambaşına düşən yaşıllıqların sayı da nəzərə alınıb. Lakustovanın sözlərinə görə, adambaşına düşən yaşıllıq norması 21 kvadrat metrdir. Göstərici aşağı olduqda şəhər ekoloji cəhətdən əlverişsiz yaşayış məntəqəsi siyahısına düşür. Bundan əlavə, atmosferi zərərli tullantılarla çirkləndirən avtomobillərin sayı da nəzərə alınır.


Bütün mənfi amilləri nəzərə alan ekspertlər Rusiyanın ən çirkli şəhərləri kimi Maqnitoqorsk, Chelyabinsk və Norilsk adlandırıblar. Bu göstərici üzrə ilk beşliyə Krasnoyarsk və Çerepovets də daxildir.


Eyni zamanda ekspertlər Tambov, Soçi və Maykopu ekoloji cəhətdən ən təmiz şəhər hesab ediblər. Ən təmiz yaşayış məntəqələrinin ilk beşliyinə Taqanroq və Vladiqafqaz da daxildir.

 


Moskva və Sankt-Peterburq bu kateqoriyaların heç birinə aid deyil.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR