Ankara Moskva ilə Kiyev arasında sülhü təmin etməkdə niyə maraqlıdır? - Taxıl sazişinin əhəmiyyəti

Ankara Moskva ilə Kiyev arasında sülhü təmin etməkdə niyə maraqlıdır? - Taxıl sazişinin əhəmiyyəti

“Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İstanbulda Rusiya ilə Ukrayna arasında taxıl dəhlizinə dair imzalanan sazişlə bağlı müsahibə verib. O, bildirib ki, bu sənəd müharibəyə son qoya bilər. Doğrudan da, sözügedən sənəd qlobal ərzaq böhranının qarşısını almaqla yanaşı, həm də 5 aydan çoxdur davam edən savaşın bitməsi istiqamətində mühüm addım ola bilər”.

 

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, Türkiyə müharibənin ilk vaxtlarında tərəflər arasında atəşkəsi təmin etməyə çalışırdı:

 

“Bu məqsədlə bir neçə dəfə İstanbulda görüş keçirildi. Lakin obyektiv və subyektiv səbəblər, o cümlədən Qərbin sabotajları ucbatından həmin təşəbbüslər nəticəsiz qaldı.

 

Ankara Moskva ilə Kiyev arasında sülhü təmin etməkdə, savaşa son qoymaqda maraqlıdır. Bunun bir neçə səbəbi var.

 

Birincisi, Türkiyənin hər iki dövlətlə münasibətləri yaxşıdır. Və müharibənin uzanması Ankaranın maraqlarına uyğun deyil. Çünki gələcəkdə Ankaranın balanslı siyasəti davam etdirməsi getdikcə çətinləşə bilər.

 

 İkincisi, müharibə artıq beynəlxalq problemə çevrilir. Gözlənilən aclıq böhranı bütün ölkələr kimi, Türkiyəni də narahat edir.

 

Üçüncüsü, bu cür böyük bir problemi həll etmək Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu artırmaqla yanaşı, həm də qarşıdan gələn prezident seçkiləri üçün Rəcəb Tayyib Ərdoğana əlavə divident olacaq”.

 

Ekspertin sözlərinə görə, Ərdoğan Rusiya ilə Ukrayna arasında, heç olmasa, qismən sabitliyə nail olmaq, tərəfləri ortaq məxrəcə gətirmək üçün təşəbbüslərini bundan sonra da davam etdirəcək:

 

“Amma İbrahim Kalının iddiasının nə qədər real olduğu, yəni taxıl sazişinin müharibəyə son qoya biləcəyi o qədər də asan deyil. Bunun da müxtəlif səbəbləri var.

 

Birincisi, Rusiya hələ ki, geri çəkilənə oxşamır. Ölkənin xarici işlər Sergey Lavrov bu günlərdə dedi ki, taxıl sazişinin imzalanması "xüsusi hərbi əməliyyatın" davam etdirilməməsi üçün səbəb deyil.

 

İkincisi, Qərb müharibənin bitməsində maraqlı deyil. Kollektiv Qərbin məqsədinin nə olmağından asılı olmayaraq - Rusiyanın çökməsi və ya Ukraynanın parçalanması- hələ buna nail olmayıb. Deməli, Qərb məqsədinə çatanadək savaşın davam etməsi üçün çalışacam. Bir neçə gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin taxıl sazişinə alternativ olaraq təklif etdiyi "B" planı da bu baxımdan xarakterizə edilməlidir.

 

Üçüncüsü, Ukrayna torpaqlarının işğal altında qalması ilə barışmaz. Əgər yekun sülh müqaviləsi imzalansa, onda gərək işğal edilən bütün torpaqlar Ukraynaya qaytarılsın. Rusiya isə bununla razı olmaz. Ən azından hələlik.

 

Beləliklə, müharibənin yaxın gələcəkdə başa çatacağı ağlabatan görünmür. Lakin sülhü təmin edə biləcək ən real qüvvə məhz Türkiyədir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəldi

Butan Krallığının Baş naziri Tişerinq Tobqay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Bələdiyyə sədri Ebruya bu qədər qonorar verdi - ŞOK MƏBLƏĞ

Müğənni Ebru Gündeşin Ankarada konsert vermək üçün aldığı qonorar üzə çıxıb.    Sfera.az xəbər verir ki, ifaçı 69 milyon lirə ödəniş alıb. &n...

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə ...

"Evdə tək"in aktyoru yeni seriala çəkilir

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin uzun aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.   ...

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO

Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.   Sfera.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müə...