Boris Conson NATO-nun yeni baş katibi ola bilər - İDDİA

Boris Conson NATO-nun yeni baş katibi ola bilər - İDDİA

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun yeni baş katibi ola bilər.


Sfera.az xəbər verir ki, bu haqda iddianı Böyük Britaniyanın “The Telegraph” qəzeti yazıb.


Nəşrin yazdığına görə, Mühafizəkarlar Partiyasından bəzi Britaniya rəsmiləri Consonun Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.


“The Telegraph” yazır ki, Rəsmi Vaşinqton Consonu bu vəzifəyə onun anti-Rusiya mövqeyinə görə, eləcə də ABŞ-ın Avropa İttifaqı ölkələrinin nümayəndələrinə etimadsızlığına görə nəzərdən keçirir. Eyni zamanda qeyd edilir ki, eks-baş nazirin mümkün baş katib təyin olunması üçün blok üzvlərinin yekdil qərarı lazımdır.


İyulun 7-də Conson Britaniyanın baş naziri vəzifəsini tərk etmək qərarını açıqlayıb. O, bu qərarı siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefa dalğası səbəbindən verib.


NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2014-cü ildə beş illik müddətə təyin edilib. 2019-cu ildə onun səlahiyyətləri 2022-ci ilin oktyabrına qədər uzadılıb. Mart ayında Ukrayna ilə bağlı baş verən münaqişə fonunda Stoltenberqin 2023-cü il sentyabrın 30-dək öz vəzifələrini yerinə yetirməyə davam etməsi qərara alınıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...