Türkiyə ilə ticarət dövriyyəsi 15 milyard dollara çatacaq - ŞƏRH

Türkiyə ilə ticarət dövriyyəsi 15 milyard dollara çatacaq - ŞƏRH

“Son illər Azərbaycan və Türkiyə arasında imzalanmış anlaşmalar, o cümlədən iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, preferensial ticarət rejimi ölkələrin qarşılıqlı iqtisadi və ticari əlaqələrini genişləndirib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, bu ilk 5 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir:

 

“İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4 %). Mühüm məqamlardan biri qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasıdır. Belə ki, ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da artıq Türkiyə öndədir.

 

Belə ki, ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdən kənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür.

 

İki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir. İqtisadi əlaqələrin inkişafı strateji mütəffiqlik üçün vacib şərtlərdəndir. Nəticələr ümidvericidir”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...