19 yaşlı qız qəbiristanlıqda evli sevgilisini bıçaqladı

19 yaşlı qız qəbiristanlıqda evli sevgilisini bıçaqladı

Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.

 

Sfera.az-ın məlumata görə, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.

 

Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.

 

Qeyd edək ki, kişi evli olub. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, məsələ barədə məhkəmə tibbi ekspertizası təyin olunub:

 

“Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir”.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...