“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Bakıda film kimi hadisə

“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Bakıda film kimi hadisə

2020-ci ilin avqust 28-də Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində törədilmiş qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Taleh Əzizovun (ad və soyadlar şərtidir) keçmiş iş ortağı və dostu olan Azər Abbasovu qısqanclıq zəminində öldürməyə cəhd etməsi və hadisədən sonra gizli yollarla İrana keçməsi məlum olub.

 

Araşdırmalar zamanı üzə çıxıb ki, Taleh və Azər dost olublar və birgə ev tikintisi biznesi qurublar. Onlar müxtəlif yerlərdə fərdi yaşayış evləri tikərək satıblar. Bu müddət ərzində Talehin Azərə xeyli miqdarda borcu yaranıb və onların münasibəti pozulub. Həmçinin Taleh yaşadığı mənzili dəyişdiyindən Azər onu tapmaqda çətinlik çəkib. Bundan sonra Azər Talehin həyat yoldaşının telefonuna yazmağa başlayıb və onların arasında sevgi münasibəti yaranıb.

 

Məhkəmədə ifadə verən Azər Abbasov Talehin həyat yoldaşına onun yerini müəyyən etmək məqsədilə yazdığını deyib: “Talehi 2018-ci ildən tanıyıram. İşimizlə bağlı bir-birimizə borcumuz olub. 2019-cu ilin əvvəllərində borc məsələsinə görə münaqişəmiz oldu və onunla iş münasibətini sonlandırdım. Mənə 52 min manat borcu yaranmışdı. Mən Talehdən borcu tələb etdikdə gizlənməyə və zənglərimə cavab verməməyə başladı. Bundan sonra Talehin yaşadığı evi tapdım və onun evinə gedib gözlədim. Evin önündə onu gözlədim və Taleh evdən çıxanda ona yaxınlaşdım. Birlikdə çayxanaya gedib bu barədə söhbət etdik, söz verdi ki, borcunu ödəyəcək. Lakin yenə borcu ödəməmək üçün gizlənməyə başladı. Bu müddət ərzində isə o, həyat yoldaşının nömrəsi ilə mənimlə əlaqə saxlayırdı. Bu nömrə Talehlə əlaqə saxlaya biləcəyim yeganə nömrə olduğuna görə hər dəfə bu nömrəyə yazırdım. Onun həyat yoldaşı ilə yazışdıqca aramızda münasibət yarandı. Daha sonra Taleh bizim münasibətimizdən xəbər tutub bunu başqa mənada qəbul etdi. Hadisənin baş verdiyi gün isə Talehin atası Nərimanov rayon Polis İdarəsində guya mənim saxta sənədlə onlara ev satmağım barədə şikayət etmişdi. Bunu bildikdən sonra Talehə zəng edib ondan şikayətini geri çəkməsini tələb etdim. Lakin daha sonra telefonu götürmədi, deyə onun evinə getdim. Evə çatdıqda onun həyat yoldaşı qapının arxasından Talehin evdə olmadığını dedi. Evdən aralanıb maşına tərəf gedəndə arxadan Taleh gəlib bıçaqla zərbələr endirdi”.

 

Taleh Əzizov məhkəmədə bildirib ki, həyat yoldaşı ilə Azər arasında münasibətdən şübhələndikdən sonra qadının telefonuna proqram yükləyib və onların arasında sevgi münasibətinin olduğunu görüb. O, öz evinin yanında pusqu quraraq Azərin onun evinə gəlməsini gözləyib və şərait yaranan kimi onu qətlə yetirməyi planlaşdırıb.

 

Talehin həyat yoldaşı da Azərlə arasında sevgi münasibətinin yarandığını etiraf edib. O, hadisədən sonra Talehin də onu öldürəcəyindən qorxduğu üçün bir neçə gün müxtəlif ünvanlarda qaçıb gizləndiyini bildirib.

 

Hadisədən sonra Taleh Əzizov Azərbaycanı gizli yolla tərk edib. İran sərhədçiləri onu yaxalayıb və 5 aya yaxın İranda həbsxanada qalan təqsirləndirilən şəxs daha sonra Azərbaycana təhvil verilib.

 

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda T.Əzizov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il 10 ay 15 gün müddətinə həbs cəzası verilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...