Əlillik pensiyası bu halda ÖDƏNİLMƏYƏCƏK - DİQQƏT!

Əlillik pensiyası bu halda ÖDƏNİLMƏYƏCƏK - DİQQƏT!

"Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır".

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

 

O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir:

 

"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur".

 

Xatırladaq ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.


OXŞAR XƏBƏRLƏR

Uşağı fiziki şiddət yox, SEVGİSİZLİK öldürür – Valideynlərə ÇAĞIRIŞ

Azərbaycanda ötən il Uşaq Qaynar Xətt Xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Onlardan 237-si (29%) psixoloji, 343-ü (42%) fiziki, 19-u (3%)...

Alimlər ömrü 24 il uzada bilən 8 vərdişi açıqlayıb

İnsanın həyat tərzi onun ömrünə təsir edir. Amerika Qidalanma Cəmiyyətinin araşdırması uzunömürlülüklə əlaqəli vərdişləri müəyyən edib.   Sfera.az xə...

Rüşvət alan 19 vəzifəli şəxsdən XƏBƏR VAR

Bakıda külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxsin barəsindəki qərardan kassasiya şikayəti verilib.   Sfera.az xəb...

Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kürün Mingəçevirdən k...

İsraildən Qəzzaya zərbə: Ləxvani öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü öldürüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ...