Rusiya beynəlxalq hərbi cinayətlər məhkəməsi qurur - Bu addıma hansı ölkələr dəstək verəcək?

Rusiya beynəlxalq hərbi cinayətlər məhkəməsi qurur - Bu addıma hansı ölkələr dəstək verəcək?

Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayan Rusiya BMT başda olmaqla bütün beynəlxalq qurumlar tərəfindən qınanarkən, Moskvadan maraqlı bir addım gəldi.


Sfera.az xəbər verir ki, Rusiya beynəlxalq hərbi cinayətlər məhkəməsini təşkil etmək niyyətindədir.


Bununla bağlı məlumatı Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin bəyan edib. O deyib ki, Rusiya İran, Suriya və Boliviyanın dəstəyi ilə özünün beynəlxalq hərbi cinayətlər məhkəməsini təşkil etmək niyyətindədir:

 

“Beynəlxalq müharibə cinayətləri məhkəməsi quraraq, Ukrayna rəhbərliyinin törətdiyi insanlığa qarşı cinayətlərlə məşğul olmağı düşünürük. BMT Təhlükəsizlik Şurasından belə bir qərar gözlənilmədiyi üçün İranı, Suriyanı, Boliviyanı bu prosesə qoşa bilərik. Hazırda Ukraynada 400 nəfərin törətdiyi 1300 bəşəriyyətə qarşı cinayət hadisəsi var”.


Bastrıkin 92 Ukrayna əsgərinin Rusiya tərəfindən həbs edildiyini, 51-i əsgər olmaqla 96 nəfərin isə axtarışda olduğunu bildirib.


Qeyd edək ki, Ukraynada isə Rusiyanı beynəlxalq yurisdiksiyaya cəlb etməkdə ittiham edən 150 min iş var.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR