Azərbaycandan İrana dəmir yol xətti çəkiləcək: Rusiya böyük məbləğdə pul ayıracaq

Azərbaycandan İrana dəmir yol xətti çəkiləcək: Rusiya böyük məbləğdə pul ayıracaq

2030-cu ilə qədər Rusiya dəmir yollarının tikintisi və inkişafı üçün İrana 1,5 milyard dollar ayırmağı planlaşdırır.


Sfera.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri Rusiyanın Nəqliyyat Nazirliyinin təqdimatına istinadən məlumat yayıb.


Bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər olan 164 kilometrlik xəttinin tikintisinə, həmçinin 495 kilometr uzunluğunda olan Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq. Hər iki istiqamət 20 il əvvəl yaradılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) bir hissəsidir.


Hazırda Astara ilə Rəşt arasında yüklər avtomobil nəqliyyatı ilə daşınır ki, bu da marşrutun inkişafına mane olur. Xəttin tikintisi 2 milyard dollar dəyərində qiymətləndirilir, Azərbaycan ilk 500 milyon dolları beş il əvvəl verib. Gələcəkdə İTC-nin ötürmə qabiliyyəti ildə 30 milyon ton olacaq.


Nəqliyyat Nazirliyinin təqdimatında göstərilib ki, İranda xəttin tikintisi bu istiqamətdə yük axınını ildə 3-10 milyon ton artıracaq. Malların Mumbaydan (Hindistan) Sankt-Peterburqa çatdırılma müddəti 15-24 günə enəcək, Süveyş kanalından keçən marşrut isə 30-45 gün müddətini yüklərin daşınmasına imkan verir.


Xatırladaq ki, keçən həftə Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı Astaradan Rəştə dəmir yol xəttinin çəkilməsində maraqlı olduğunu təsdiqləyib.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...