Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc niyə sürətlə artır?

Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc niyə sürətlə artır?

Avtomobil ehtiyat hissələri son illərdə Azərbaycan əhalisinin xərclərində ən sürətlə artan istehlak məhsullarından birinə çevrilib.


Sfera.az xəbər verir ki, xərclərdəki artım dinamikası olduqca yüksəkdir və hər il təxminən 20-40 faiz nisbətində artım baş verir. Yalnız son 5 ildə avtomobil ehtiyat hissələrinin alışına çəkilən xərc 3,67 dəfə artaraq 470 milyon manata çatıb.


Müqayisə göstərir ki, ehtiyat hissələrinə çəkilən xərc avtomobillərin alışına çəkilən xərcə nisbətən daha böyük sürətlə artır. Məsələn, 2017-ci ildə avtomobil alışına 738 milyon manat pul xərclənib. Həmin ildə ehtiyat hissələrinin alışına 128 milyon manat ayrılmışdı. Avtomobil alışı üçün ayrılan pul ehtiyat hissələrinin alışına ayrılan puldan 5,76 dəfə çox idi.


Amma ötən il avtomobil alışına 994 milyon manat, ehtiyat hissələrinin alışına 470 milyon manat ayrılıb. Nəticədə aradakı fərq 2,11 dəfəyə qədər azalıb.


Artım özünü mütləq göstəricilərdə də göstərir. Belə ki, son 5 ildə avtomobil alışına xərclənən vəsait 256 milyon manat artdığı halda, ehtiyat hissələrinə çəkilən xərc 342 milyon manat artıb.


Ehtiyat hissələrinə çəkilən xərclərdəki artımın sürətini 2005 və 2010-cu illərlə müqayisədə daha aydın görmək olur. 2005-ci ilə nisbətən ötən il çəkilən xərc ehtiyat hissələrinin alışında 40 dəfə, avtomobillərdə 6 dəfə, 2010-ci illə müqayisədə isə ehtiyat hissələrinə çəkilən xərc 30 dəfə, avtomobillərdə 3,2 dəfə artıb.


Dinamika göstərir ki, 6-7 ildən sonra əhali ehtiyat hissələrinin alışına avtomobil alışından daha çox pul xərcləyəcək.


Ehtiyat hissələrinə çəkilən xərcin bu qədər böyük sürətlə artmasının səbəbi Azərbaycanda olan avtomobillərin köhnəlməsi ilə bağlıdır. Beş il əvvəl minik avtomobillərinin 72 faizi köhnə olduğu halda, hazırda 77 faizinidən çoxu köhnədir. Avtomobillər köhnəldikcə, ehtiyat hissələrinə olan tələb də artır.


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...