Bu məsələdə Azərbaycan bizim "qırmızı xətt"imizdir - Türkiyə Prezidenti

Bu məsələdə Azərbaycan bizim

“Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan qeyd edib.

 

Ərdoğan Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözlədiyini söyləyib.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR