Azərbaycanda tanınmış radio bağlandı - FOTO
Gündəm
10:00 / 01.09.2016
1885
Bir neçə ildir ki, fəaliyyət göstərən 107.7 Avto FM radiosu fəaliyyətini dayandırıb.
Milli.Az bildirir ki, dalğa ötən gecədən yayımı dayandırıb. Bu barədə Avto FM-də çalışan tanınmış aparıcı Günel Hümbətova məlumat verib.
"Radionu çox sevirəm, radioda işləməyi heç bir işə dəyişməyəcək qədər. Avto FM-i isə xüsusi ilə sevirdim. Bu gündən Avto FM artıq yayımını dayandırdı.
Çox darıxacam. Bu radio həm də mənə çox gözəl dostlar qazandırdı", - Günel Humbətova deyib.
Qeyd edək ki, 107.7 Avto FM radiosu Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus idi.