Millət vəkili: "Urmiya gölü siyasi oyunların qurbanına çevrilib"

Millət vəkili:

"Quraqlıq, su qıtlığı, yanlış idarəetmə ilə yanaşı, siyasi çəkişmələr və qrup maraqları Urmiya gölünün bərpası üçün bacarıqlı kadrların arxa planda qalmasına səbəb olub".

 

Sfera.az xəbər verir ki, bu sözləri Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi Məsud Pezeşkiyan Urmiya gölünün siyasi oyunlar və hakimiyyətdaxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini deyib.

 

Millət vəkili Urmiya gölünün quruması nəticəsində ətraf əyalət və bölgələrlə yanaşı, daha çox şərqi bölgələrə mənfi təsir göstərəcəyini söyləyib.

 

Onun sözlərinə görə, Təbrizdən başlayaraq Tehranın yaxınlığına qədər 14 milyon nəfər duz fırtınalarının mənfi təsirləri ilə üzləşəcək.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR