Rusiyada yəhudi ictimai-siyasi xadim SAXLANILDI

Rusiyada yəhudi ictimai-siyasi xadim SAXLANILDI

Rusiyanın tanınmış siyasətçisi, ictimai xadim yəhudi Leonid Qozman polis tərəfindən saxlanılıb.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixail Biryukov bildirib. M.Biryukov müvəkklinin saxlanılması səbəbinin hələ ki, məlum olmadığını deyib.

 

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Leonid Qozmanın federal axtarış da olduğunu bildiriiblər:

 

"Axtarış üçün də əsas olmayıb. Odur ki, Leonid Qozmana qarşı hələ heç bir ittiham irəli sürülməyib".

 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanların bazasında Leonid Qozmanın da kartı var.

 

Məlumata görə, Qozmanı bu il iyulun 15-də saxlayaraq İstintaq Komitəsində İsrail vətəndaşı olması barədə uyğun qurumları məlumatlandırmadığı üçün dindirdikdən sonra sərbəst buraxıblar.

 

Qeyd edək ki, Leonid Qozman 1950-ci il iyulun 13-də Rusiyanın Leninqrad şəhərində anadan olub. O, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. 1992-ci ildə Boris Yeltsinin prezidentliyi dönəmində RF-nin Baş naziri olmuş Yeqor Qaydarın müşaviri olub. 1996-1998-ci illərdə Rusiya Prezident Administrasiyasının müşaviri, 1999-cu ildə Rusiya "Vahid Energetik Sistem” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Anatoli Çubaysın müşaviri, 2000-2008-ci illrədə cəmiyyəti idarə heyətinin üzvü, 2008-2011-ci illdər Sağ İş Partiyasının həmsədri olub. Sağ qüvvələr ittifaqı ictimai hərəkatının prezidentidir.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...