Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?

Kriminal
18:12 / 25.07.2022
15732
Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.
Sfera.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.
2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb. Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.
Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.(lent.az)