WhatsApp-dan hər kəsi üçün maraqlı xidmət: Silinən mesajlar bir-bir ortaya çıxacaq

WhatsApp-dan hər kəsi üçün maraqlı xidmət: Silinən mesajlar bir-bir ortaya çıxacaq

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan “WhatsApp” xidmətlərini yeniləməkdə davam edir.

 

Sfera.az xəbər verir ki, bu yaxınlarda məlum olub ki, platforma “mesajın redaktəsi” funksiyası üzərində işləyir.

 

Mesajlaşma proqramında hər kəsin bildiyi kimi mesajları silmək imkanı var. Bu funksiya "Hər kəs üçün Sil" və ya "Mənim üçün Sil" seçimləri ilə mesajları müəyyən müddət ərzində silməyə imkan verir.

 

“WebTekno”da verilən xəbərə görə, ortaya çıxan yeni funksiya ilə siz dostlarınıza sildikləri mesajları geri götürmələrini deyə biləcəksiniz.

 

"WABetaInfo”nun məlumatına görə isə "WhatsApp" əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Bu xidmətin çox faydalı ola biləcəyini söyləmək mümkündür.

 

Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajı geri ala biləcəksiniz.

 

Sözügedən funksiyanın tətbiqdə necə görünəcəyi və istifadə olunacağı ilə bağlı məlumatlar açıqlanıb. Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində 'Mesaj Silindi' sözləri ilə bildiriş görünəcək.

 

Bu bildirişdə siz əməliyyatı geri qaytarmağa imkan verən 'Geri Al' düyməsini görə biləcəksiniz. Demək olar ki, bu, Gmail-dəki geri qaytarma funksiyasına bənzəyir.

 

Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Geri qaytar düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyəcəyi məlum deyil. Ekran görüntüsündə yeni funksiyanın silinmiş mesajda "Məndən sil" ilə birlikdə istifadə ediləcəyi bildirilir.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...