Bərdədə kişi evi yandırdı - azyaşlı qızını isə bıçaqladı

Bərdədə kişi evi yandırdı - azyaşlı qızını isə bıçaqladı

Bərdədə kişi arvadının evini yandırıb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

 

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

 

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

 

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

 

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...