Goranboydakı qəza ilə bağlı rəsmi AÇIQLAMA

Gündəm
11:33 / 24.07.2022
10439
Xəbər verdiyimiz kimi, iyulun 24-də Goranboy rayonunun Qaramusalı kəndində işçiləri daşıyan mikroavtobus aşıb. Qəza zamanı mikroavtobusda 24 nəfər olub.
Sfera.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, hadisə nəticəsində ölən və ya ağır yaralanan yoxdur, iki nəfər yüngül xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.