Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ! - MİQ-in təkrar imtahanının vaxtı MÜƏYYƏNLƏŞDİ

Cəmiyyət
20:04 / 23.07.2022
25498
2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən keçiriləcək əlavə test imtahanı ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.