Aktyor 16 ildir baş rolda oynadığı "Arka sokaklar" serialından ayrılır - FOTOLAR
Maqazin
21:49 / 22.07.2022
26950
Şevket Çoruh 16 ildir rol aldığı "Kanal D"nin reytinq rekordları qıran serialı "Arka Sokaklar"dan ayrılır.
Sfera.az xəbər verir ki, bu iddia "Düzeyli Maqazin" adlı köşə yazısında yer alıb.
Yazıda bildirilib ki, Çoruh bundan sonra teatr səhnələrində daha çox görüləcək və eyni zamanda "Çakallar Dans 6" filmində rol alacaq.
Xatırladaq ki, Azərbaycanda da sevilərək izlənən Arka Sokaklar serialı 2006-cı ildən çəkilir. Bu il 17-ci sezonla ekrana gələcək serialda Şevket Çoruh "komissar Mesut" obrazını canlandırır.
Vəsilə İbrahim,
Sfera.az