AKTA-nın təşkil etdiyi beynəlxalq yay məktəbi layihəsi yekunlaşdı - FOTOLAR

AKTA-nın təşkil etdiyi beynəlxalq yay məktəbi layihəsi yekunlaşdı - FOTOLAR

21 iyul 2022-ci il tarixində ADA Universitetində “Cyber Summer School - 2022” yay məktəbi layihəsinin bağlanış tədbiri keçirilib.

 

Sfera.az Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmisi Elmir Vəlizadə, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti, bir sıra özəl və dövlət qurumlarının nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan AKTA idarə heyətinin sədri Rahid Ələkbərli layihənin önəmini  vurğulayıb və bu istiqamətdə görülən işlərin Azərbaycan, İsrail, Türkiyə arasında kibertəhlükəsizlik sahəsindəki əməkdaşlığın genişlənməsinə töhvə verəcəyini qeyd edib. Daha sonra mərasim iştirakçılarına yay məktəbi çərçivəsində təşkil olunmuş təlim-tədris prosesi və praktiki məşğələlər barədə qısa metrajlı video çarx təqdim olunub. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib, yay məktəbinin xarici və yerli iştirakçılarına sertifikatlar və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, iyulun 15-dən etibarən 7 gün müddətində davam edən yay məktəbi “Müxtəlif mədəniyyətlərin kiber birliyi” devizi altında təşkil olunub. Azərbaycan, Türkiyə və İsraildən 12-15 yaş aralığında 100-ə yaxın yeniyetmənin iştirakı ilə baş tutan layihədə kibertəhlükəsizlik sahəsində müxtəlif nəzəri və praktiki dərslər həyata keçirilib.

 

İştirakçılar üçün gələcək ixtisas seçimləri, professional və şəxsi inkişaf istiqamətləri üzrə interaktiv müzakirələr, xarici ölkələrin aparıcı startap təsisçilərinin çıxışları, uğurlu karyera hekayələri və ustad dərsləri təşkil edilib. Kibertəhlükəsizlik və İT sahəsində beynəlxalq mütəxəssislərinin iştirak etdiyi təlimlər gənc iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.

 

Xatırladaq ki, “Cyber Summer School - 2022” layihəsi Azərbaycanda gənc və yeniyetmələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması üçün həyata keçirilən ilk beynəlxalq layihədir. 2021-ci ilin iyulunda təşkil olunan “Cyber Camp - 2021” layihəsi çəriçivəsində yalnız Azərbaycandan olmaqla 80 nəfər yaxın yeniyetmə kibertəhlükəsizlik və İT sahəsində təlim proqramında iştirak edib.

 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə bu cür layihələrin gələcəkdə də icra olunması nəzərədə tutulur.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün ...

Ərdoğandan Rusiya-Azərbaycan gərginliyi ilə bağlı AÇIQLAMA

"Türkiyənin Azərbaycan və Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Biz gərginliyi yaxından izləyirik və tərəfləri təmkinli olmağa çağırırıq&q...

Ərdoğan Xankəndidə Əliyevə nə deyib? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə iyulun 4-də Xankəndidə baş tutan görüşdə deyib ki, Türkiyə hər zaman və hər bir m...