Fransada meşə yanğınları: 20 min 800 hektar sahə külə döndü
Dünya
15:11 / 22.07.2022
22518
Fransanın cənub-qərbindəki Jironde bölgəsində 12 iyuldan bəri 2 fərqli nöqtədə davam edən meşə yanğınları qismən nəzarətə götürülüb.
Sfera.az xəbər verir ki, 6 yanğınsöndürmə təyyarəsi, helikopter və 1800 yanğınsöndürən cəlb edilməsi nəticəsində alovlar qismən nəzarətə götürülüb.
La Teste-de-Buch bölgəsində baş verən yanğında indiyədək 7 min hektar, Landiras qəsəbəsində isə 13 min 800 hektar sahə külə dönüb. Yanğınlar səbəbindən 36 mindən çox insan evlərindən təxliyə edilərkən, 6 min nəfər evinə qayıdıb.
Fransanın Jironde bölgəsində baş verən meşə yanğınları 20 min 800 hektar əraziyə ziyan vurub.
Turan Rzayev
Sfera.az