Rusiya iqtisadiyyatı üçün çətin dönəm - Kremlin ümidi Çin bazarınadır

Rusiya iqtisadiyyatı üçün çətin dönəm - Kremlin ümidi Çin bazarınadır

“Rusiya Avropa ölkələrinə qaz nəqlini azaldıb. Brüssel Avropa Birliyi ölkələrini xəbərdar edib ki, ümumiyyətlə bu qış Rusiyadan qaz almaya bilərlər. Moskva özü də Avropaya qaz ixracını dayandırmağa hazırlaşır. Avropa alternativ bazarlar axtarır. Brüsselin Bakı ilə imzaladığı enerji sazişi də bununla bağlıdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Kremlin ümidi Çin bazarınadır:

 

“Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə nəql etməyi planlaşdırır. Ancaq hazırkı rəqəmlər Kreml üçün ümidverici deyil. Rusiya hazırda Çinə il boyu 4.5 milyard dollar dəyərində qaz sata bilir. Kremlin Çinə uzanan qaz boru xəttini genişləndirmək üçün ən azı 30 milyard dollar yatırım qoyması lazımdır. İndiki sanksiyalar rejimində Rusiyanın valyuta ehtiyatı tükənə bilər. 

 

Çinin illik qaza olan tələbatı 340 milyard kubmetrdir. Çinin iqtisadiyyatı artdığından 2025-ci il üçün qaza olan tələbatı 450 milyard kubmetrə çata bilər. Ancaq Pekin qaz idxalında bir dövlətdən asılı olmaq istəmir. Rusiya Çinə qazın nəqlində sadəcə üçüncü sırada qərar tutub. Rusiya keçən il Çinə cəmi 16 milyard kubmetr qaz nəql edə bilib. Bu Çinin qaza olan tələbatının 10 faizini təşkil edir. Çin qazı Mərkəzi Asiya ölkələrindən də idxal edir”.

 

Politoloq qeyd edib ki, Rusiyalı ekspertlər Çinin Rusiya üçün Avropa bazarını əvəz edəcəyi məsələsində optimist deyillər:

 

“Rusiya 2021-ci il ərzində Avropa ölkələrinə 155 milyard kubmetr qaz nəql etmişdi. Bu həcmin tamamını Çinə yönəltmək praktik baxımdan mümkün deyil. Rusiyanın “Qazprom” şirkəti 2025-ci il üçün Çinə qaz nəqlini 50 milyard kubmetrə çatdırmaq istəyir. Bu məqsədlə iki ölkəni birləşdirən “Sibirin gücü” boru xəttindən istifadə ediləcək. Ancaq bu boru xəttinin imkanları məhduddur. Ona görə də Rusiya sürətlə “Sibirin gücü – 2” boru xəttinin tikintisini bitirməyə çalışır. Ancaq boru xəttin Sibirdəki zəngin qaz yataqlarına uzadılmalıdır. Müxtəlif hesablamalara görə 1400 kilometrlik boru xətti çəkilməlidir. Bunu isə ən yaxşı halda 2027-ci il üçün bitirmək olar. Digər tərəfdən yeni boru xəttinin tikintisinə əlavə təxminən 14 milyard dollar xərclənməlidir.

 

Beləliklə, Rusiya Avropa bazarından imtina etsə də, ən azı 5 il ərzində bu bazarı əvəz edəcək məkan tapa bilməyəcək. Bu o deməkdir ki, Rusiyanın 5 il ərzində qaz satışından gəlirləri və büdcəni doldurmaq üçün resurslar azalacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...