Bu baş verərsə, Avropada 110 milyon insan işsiz qalacaq - ŞOK PROQNOZ
Dünyanın tanınmış “Deloitte” şirkəti tərəfindən hazırlanan təhlilə görə, Paris İqlim Müqaviləsində müəyyən edilən orta temperatur meyarlarına əməl olunarsa, qlobal iqtisadiyyat 2070-ci ilə qədər daha 43 trilyon dollar böyüyəcək. Əks halda, temperaturun 3 dərəcə artması qlobal iqtisadiyyatda 178 trilyon dollar itkiyə səbəb olacaq.
Sfera.az xəbər verir ki, “Deloitte” şirkəti 23 ölkədə qlobal iqtisadiyyatı formalaşdıran şirkətlərin baş direktorları ilə birlikdə Dayanıqlı Hərəkətlər İndeksi Sorğusunu keçirib. Sorğuda iştirak edən yüksək səviyyəli rəhbər işçilərin 49 faizi son 6 ayda quraqlıq, meşə yanğınları, həddindən artıq isti və ya şiddətli tufan kimi iqlimlə bağlı hadisələrlə qarşılaşdıqlarını bildirib. Üst səviyyə rəhbərlərin 89 faizi iqlimlə bağlı təcili tədbirlərin görülməsi lazım olduğunu düşünərkən, 79 faizi iqlim böhranının kritik həddə çatdığına inandığını bildirib.
“Deloitte” hazırladığı analizlə dünyada orta hava istiliyinin artımını iki ssenari üzrə qiymətləndirir. Birinci ssenaridə dünyada orta temperaturun 3 dərəcə artacağı, ikinci ssenaridə isə Paris İqlim Sazişinə uyğun olaraq qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşacağı proqnozlaşdırılır.
2070-ci ilə qədər dünyada temperaturun yüksəlməsinə qədər iqtisadiyyat 178 trilyon dollar itki ilə üzləşməsi iş dünyasında bir çox şirkətin bağlanmasına və investisiyaların dayanmasına, insanların evlərini və işlərini itirməsinə səbəb olacaq. Ən ciddi zərər Asiya-Sakit Okean hövzəsində gözlənilir. Bu region tempraturun yüksəlməsinə görə 96 trilyon dollar itirəcək.
Eyni dövrdə Amerika qitəsində 36 trilyon, Avropada isə 10 trilyon dollar itki olacağı gözlənildiyi halda, dünyanın qalan hissəsində zərərin təxminən 40 trilyon dollara çatacağı gözlənilir.
Təkcə Avropada 110 milyon insanın işini itirəcəyi də proqnozlaşdırılır.
Vasif
Sfera.az