Avropa qaz bazarında Rusiya sıxışdırılır - Kənardan tədarüklər həyata keçirilir
İqtisadiyyat
13:03 / 21.07.2022
18517
2022-ci ilin birinci yarısında Avropa İttifaqı ölkələrinə Rusiyadan kənar mənbələrdən LNG-nin (sıxılmış qaz) tədarükü , 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 milyard kubmetr artıb.
Sfera.az xəbər verir ki, eyni zamanda Rusiyadan kənar mənbələrdən boru kəməri vasitəsilə qazın idxalı da 14 milyard kubmetr artıb.
Avropa İttifaqının yaydığı məlumata görə, Rusiyadan kənar tədarüklər Norveç, Azərbaycan, Böyük Britaniya və Şimali Afrikadan həyata keçirilib.
Bu məlumatlardan görünür ki, "Qazprom"Avropada etibarlı təchizatçı imicini tədricən itirir. 2023-cü ildə Avropa qaz bazarında Rusiyanın mövqeyinin bir qədər də pisləşəcəyi gözlənilir.
Vasif
Sfera.az