Çavuşoğludan İraq AÇIQLAMASI: "Bizim heç bir hücumumuz olmayıb"
“İraqdakı hücumda Türkiyəni ittiham edən xəbərlər də var idi. Biz açıqlamamızda bunu açıq şəkildə təkzib etmişik. Beynəlxalq ictimaiyyət bilir ki, Türkiyə heç vaxt dinc əhaliyə qarşı hücum etməyib”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumata görə, bizim heç bir hücumumuz olmayıb. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. İraqda da həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücum nəticəsində İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi açıqladıq. Burada bir daha vurğulamaq istərdik. Türkiyə ilə bağlı həm səlahiyyətli, həm də icazəsiz bəyanatları rədd edirik", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, İranın qərbində İraq sərhədindən ölkəyə keçmək istəyən terrorçu qrup ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. İraqın Zaho rayonunda 8 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
Turan Rzayev