"Kurtlar vadisi"nin məşhur aktyoruna AĞIR İTKİ: 7 il əvvəl də... - FOTOLAR

Məşhur aktyor Erdal Beşikçioğlunun atası vəfat edib.

 

Sfera.az xəbər verir ki, aktyorun atası Bahattin Beşikçioğlu bir müddətdir xəstəxanada müalicə alırmış. Dünən müalicə aldığı xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən ata Beşikçioğlu bütün müdaxilələrə baxmayaraq, səhər saatlarında dünyasını dəyişib.

 

Bahattin Beşikçioğlu uzun illər bir bankın bölgə müdiri olub.

 

Beşikçioğlu cümə günü qılınan cənazə namazından sonra Urladakı ailə qəbiristanlığında torpağa tapşırılacaq.

 

Erdal Beşikçioğlunun anası Nesrin Beşikçioğlu da 2015-ci ildə dünyasını dəyişib.

 

Qeyd edək ki, Azərbaycanda da tanınan və sevilən Erdal Beşikçioğlu "Kurtlar Vadisi Filistin" filmi, "Behzat Ç. Bir Ankara Polisiyesi", "Leyla ile Mecnun", "Adı Efsane" kimi seriallarda rol alıb.

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...