İran ordusunun komandanından açıqlama: "Biz bu ölkələrə silah göndəririk"
İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri Tehranın digər ölkələrə hərbi texnika və silah ixrac etməyə hazır olduğunu bildirib.
Sfera.az xəbər verir ki, general İran ordusunun Şəhrza bölgəsində artilleriya bazasına baş çəkib.
O qeyd edib ki, İran bu silahları "İslam inqilabı yolunda" hərəkət edən ölkələrə göndərir.
Heydəri, həmçinin iddia edib ki, İran müdafiə sənayesində özünü tam təmin etməyə nail olub və başqa ölkələrdən silah almağa ehtiyac yoxdur.
İran ordusunun rəsmisinin bu açıqlaması İran dronlarının Rusiya ordusuna satılması ehtimalı ilə bağlı müxtəlif xəbərlərin yayılması ilə eyni vaxta təsadüf edir.
Amerika rəsmiləri deyirlər ki, Tehran Ukrayna ilə müharibədə istifadə etmək üçün Rusiya ordusuna pilotsuz təyyarələr satmağa çalışır. Bu isə İran rəsmiləri tərəfindən rədd edilib.
Turan Rzayev