Qarabağ qazisi dövlət tərəfindən ona verilən maşınla NARKOTİK DAŞIDI

Qarabağ qazisi dövlət tərəfindən ona verilən maşınla NARKOTİK DAŞIDI

Yevlax rayon sakini 77 kiloqramdan çox narkotiklə saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, bildirilib ki, 1964-cü il təvəllüdlü II qrup Birinci Qarabağ müharibəsi əlili Hüseynov Seymur İsmayıl oğlunun narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəllər dəfələrlə məlumat daxil olub.

 

Əməliyyat məlumatının yoxlanılması məqsədilə dünən DİN-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov idarə etdiyi ona dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı, 66 BL 698 dövlət nömrə nişanlı avtomobili ilə Yevlax şəhəri ərazisində saxlanılıb.

 

Maşına baxış zamanı ümumi çəkisi 77 kq 500 qram olan güclü təsiredici xüsusiyyətə malik narkotik maddələr və 200 ədəd narkotik tərkibli həb aşkar edilib.

 

Sorğu zamanı S.Hüseynov ondan aşkar olunmuş narkotik maddələrin İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə Füzuli rayonu, Araz Dilağarda kəndi ərazisindən əvvəlcədən təyin olunmuş yerdə satış məqsədilə əldə etdiyini bildirib.

 

Qeyd edək ki, S.Hüseynov Birinci Qarabağ müharibəsi əlili olmasından sui-istifadə edərək uzun illər yaşadığı Yevlax rayonu dövlət qurumlarına əsassız tələblər irəli sürərək onların fəaliyyətinə müdaxilələr edirdi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...